Logo

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri sakinləri qəbul edib

22.09.2022 19:29 500 baxış
IMG

Sentyabrın 22-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Zaqatala şəhərində bu rayonun qeydiyyatında olan sakinləri qəbul edib.

Tehsil.biz xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı 26 vətəndaşın təhsil sahəsi ilə bağlı müraciət və təklifləri dinlənilib.

Müraciətlər əsasən işlə təmin olunma, əmək müqaviləsinin uzadılması, dərs yükünün bölgüsü, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə müvafiq göstərişlər verilib.

Regional İdarəyə aid olan rayonlar üzrə vətəndaş qəbullarının davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti