Logo

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub - FOTO

22.09.2022 18:11 305 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) kollektivi Vətən müharibəsi dövründə şəhid olan tələbə və məzunlarının xatirəsini daim əziz tutur, şəhid ailələri və müharibə iştirakçıları ilə vaxtaşırı görüşlər keçirilir.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, sentyabrın 22-də BDU-nun bir qrup əməkdaşı Vətən müharibəsi şəhidi, Beynəlxalq münasibətlər və iqtisadiyyat  fakültəsinin məzunu Nicat Əhmədovun doğum günündə ailəsi ilə görüşüb, məzarını ziyarət edib. Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Kənan Vəkilov, fakültənin könüllüləri və fəal tələbələri iştirak ediblər.

Görüşdə çıxış edənlər Nicat Əhmədovun Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Nicat Əhmədovun  müəllimləri və tələbə yoldaşlarının qəlbində daim yaşayacağı qeyd olunub.

Qeyd edək ki, Nicat Əhmədov 2016-2020-ci illərdə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat  fakültəsində təhsil alıb. 2020-ci il oktyabrın 8-də səhər saatlarında Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Xəbər lenti