İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində ixtisas fənnindən doktoranturaya qəbul imtahanı keçirilib.
Bu barədə "Tehsil.biz"ə nstitutdan məlumat verilib.
Bildirilib ki, imtahanda sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə 1 nəfər, informasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi ixtisası üzrə 2 nəfər, kompüter elmləri ixtisası üzrə isə 2 nəfər iddiaçı iştirak edib.