Logo

BŞTİ: Direktor müavini olmaq istəyən 283 namizəd müsahibədə iştirak edib

22.09.2022 15:30 366 baxış
IMG

Ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbulu üzrə müsabiqəsinin müsahibə mərhələsi başa çatıb.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, test imtahanının nəticələrinə əsasən, 310 namizəd müsabiqənin şifahi müsahibə mərhələsində iştirak etmək üçün dəvət edilib. Müsahibədə ümumilikdə 283 nəfər iştirak edib.

Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifə üzrə təyinat alacaq.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınıb.

Xəbər lenti