Logo

Elmi seminar: "Münaqişələrin idarə olunmasında vasitəçilik" - FOTO

22.09.2022 14:03 228 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim-tədris mərkəzi tərəfindən “Münaqişələrin idarə olunmasında vasitəçilik” mövzusunda təlim-seminar keçirilib.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, seminarda vətəndaş təhsili ilə bağlı məsələlər nəzərdən keçirilib, bu sahədə olan təcrübə müzakirə edilib.

Tədbirə telekörpü vasitəsilə Belarus, Ukrayna və Rusiyadan da qoşulanlar olub.

Seminarı Şərqi Avropa Vətəndaş Təhsili Assosiasiyasının idarə heyətinin üzvü, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurasının təlimçisi Olqa Menlik aparıb.

Xəbər lenti