Logo

Google-un BMU üzrə Proqramçı Tələbələr Klubunun vebinarı keçirilib

06.02.2021 18:29 1058 baxış
IMG

Google şirkətinin Bakı Mühəndislik Universiteti (BMU) üzrə Proqramçı Tələbələr Klubunun (Google Developer Student Club) Android Study Jam adlı vebinarı təşkil olunub.


Universitetdən verilən məlumata görə, fevralın 5-də keçirilmiş tədbir klubun Feysbuk (Developer Student Club - Baku Engineering University) səhifəsi vasitəsilə yayımlanıb.


Google şirkətinin BMU üzrə Proqramçı Tələbələr Klubunun qrup rəhbəri Nicat Mehdiyevin moderatorluğu ilə baş tutan tədbirin qonağı Android proqramçısı Sweta Patel olub.


İngilis dilində baş tutan tədbirə proqramlaşdırma sahəsində yeni olanlar, həmçinin Android proqramlaşdırma ilə maraqlanan şəxs qoşulub.


Tədbirdə, eyni zamanda, Kotlin proqramlaşdırma dili üzrə təlim keçirilib.

Xəbər lenti