Logo

"Direktorun nüfuzu, təcrübəsi olmalıdır, kollektiv isə direktora bələd olmalıdır" - EKSPERT

22.09.2022 12:21 456 baxış
IMG

"Müstəqillik qazandıqdan sonra bir müddət məktəb direktoru seçimi kollektivin təqdimatı ilə oldu. Məktəb direktorlarına təyinat zamanı bir müddət bu faktor da nəzərə alınıb".

Tehsil.biz xəbər verir ki, bu fikirləri təhsil eksperti Nadir İsrafilov bildirib.

Ekspert seçimin bu şəkildə edilməsini dəstəklədiyini qeyd edib:

"Lakin bu cür seçim də istənilən nəticəni vermədi. Hazırda təyinat mərkəzləşmiş qaydada həyata keçirilir. Bu isə namizədlərin yalnız nəzəri biliklərini üzə çıxarır. Eyni zamanda qeyd etmək lazımdır ki, əsas yük direktor müavinlərinin üzərinə düşür. Məktəb direktorlarına təyinat zamanı bir müddət bu faktor da nəzərə alınıb. Mən seçimin bu şəkildə edilməsini dəstəkləyirdim, ancaq bu seçim özünü doğrultmadı. Direktorun nüfuzu, təcrübəsi olmalıdır. Kollektivin də direktora bələd olması məqsədəuyğun olar".

Nadir İsrafilov hesab edir ki, təhsil sahəsində müəyyən məsələlərlə bağlı vacib qərarlar qəbul ediləndə ictimai müzakirələr keçirilməlidir:

"Müəllimlərin, direktorların işə qəbulu ilə bağlı qaydalar dəfələrlə dəyişib. Bu da təhsil sahəsində neqativ halların baş verməsinə səbəb olur".

Xəbər lenti