Logo

İnzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir

06.02.2021 16:31 573 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A və B növünə aid olan AA, AB, AC və BA, BB qruplarına uyğun olan vəzifələr üzrə fevralın 19-da keçiriləcək test imtahanlarına qeydiyyat davam edir.

 

DİM-dən bildirilib ki, A növünə (inzibati rəhbər) aid olan imtahan kompüter, B növünə (inzibati icraçı) aid olan imtahan isə kağız daşıyıcılar vasitəsilə keçiriləcək.

 

A növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 18-i saat 14:00-dək aparılacaq. Bu imtahan DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahanda iştirak üçün 125 yer ayrılıb. Bu günə olan məlumata görə, 79 nəfər (AA – 2, AB – 35, AC – 42) qeydiyyatdan keçib.

 

B növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 9-u saat 14:00-dək aparılacaq. İmtahanda iştirak üçün 2000 yer ayrılıb. İmtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək. Buraxılış vərəqini qeydiyyat bitdikdən sonra qeydiyyat səhifəsindən yükləmək mümkündür.

 

Əlavə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

Xəbər lenti