Logo

Sumqayıtda itkin düşən məktəbli tapıldı - YENİLƏNİB

20.09.2022 23:27 625 baxış
IMG

Sumqayıtda itkin düşən məktəbli Nihad Pənahov tapılıb.

Onun yaxınları hazırda Sumqayıt şəhər 4-cü polis bölməsindədir.

22:02

Sumqayıt şəhər 1 saylı orta məktəbin şagirdi Nihad Pənahov itkin düşüb.

Şagirdin yaxınlarının “Qafqazinfo”ya verdiyi məlumata görə, Nihad dərsə getdikdən sonra itib. 

“Nihadın 7 dərsi var idi. 5-ci dərsdən uşaq yoxa çıxıb. Kameralara belə düşməyib. Polisə məlumat vermişik”, - deyə Nihadın bacısı bildirib. 

Qeyd edək ki, 2010-cu il təvəllüdlü Nihad 7-ci sinif şagirdidir. Onu görənlərdən polisə müraciət etmələri xahiş olunur.

Xəbər lenti