Logo

Metodistlərin müsahibəsindən uğurla keçən namizədlər üçün təlimlər keçirilib

20.09.2022 12:21 248 baxış
IMG

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi (MDPİM) tərəfindən müasir metodik xidmətin təşkili ilə bağlı müsahibədən uğurla keçən namizədlər üçün təlimlər keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, təlimlər zamanı iştirakçılarda metodik xidmət göstərmək üçün lazımi bilik və bacarıqların formalaşdırılması və təkmilləşdirilməsi məqsədilə praktik fəaliyyətlər təşkil olunub. Eyni zamanda, iştirakçılar real öyrənmə mühitinə və müzakirələrə cəlb olunmaqla təcrübə mübadiləsi imkanı əldə ediblər.

Qeyd edək ki, prosesə cəlb olunan əməkdaşların metodika və pedaqogika ilə bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində onlar üçün mütəmadi olaraq MDPİM tərəfindən təlimlərin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti