Logo

Bir yaşlı uşağın bağçada döyülməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

19.09.2022 22:07 430 baxış
IMG

Mingəçevirdə 1 yaşlı uşağın bağçada döyüldüyü iddiası ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin Şəki regional qrupundan “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, körpələr evində azyaşlıya xəsarət yetirilməsi ilə bağlı DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, eləcə  də ərazi üzrə polis orqanına hər hansısa bir müraciət daxil olmayıb.

Ancaq xəbər saytlarında dərc olunan iddialarla bağlı körpənin valideyni Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət edilib.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Xəbər lenti