Logo

Sumqayıtda məktəb direktorunun müəllimlərdən pul tələb etməsi barədə səs yazısı araşdırılır

19.09.2022 13:16 391 baxış
IMG

Sumqayıt şəhər 32 saylı orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi barədə yayılmış səs yazısı ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

Tehsil.biz xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt şəhər 32 saylı orta məktəb direktorunun müəllimlərdən pul tələb etməsi barədə səs yazısı yayılıb.

Xəbər lenti