Abşeron-Xızı rayonları üzrə təhsil sektorunun metodisti Könül Nəcəfovanın oğlu baş leytenant Hüseyn Abbasqulu oğlu Nəcəfzadə 12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Tehsil.biz xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.
"Şəhidimizə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına başsağlığı veririk", - deyə məlumatda qeyd olunub.