Logo

İdman Akademiyasının tələbəsi də şəhid olub - FOTO

16.09.2022 21:53 581 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qiyabi şöbəsinin tələbəsi ("Məşq və fiziki hazırlıq" fakültəsi, Q110R1, idman növü-boks) Qurbanzadə Cəmil Anar oğlu düşmən təxribatının qarşısını alarkən şəhid olub.

Bu barədə "Tehsil.biz"ə akademiyadan məlumat verilib.

Şəhid Cəmil Qurbanzadə 2003-cü il aprelin 27-də Astara şəhərində anadan olub. 2009-2020-ci illərdə Astara şəhəri 2 saylı tam orta məktəbdə təhsil alan Cəmil elə həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qiyabi şöbəsinə daxil olub və 2021-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanıb. 

Sentyabrın 12-13-də ermənilər tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatların qarşısı alınarkən Qurbanzadə Cəmil Anar oğlu şəhid olub.

Xəbər lenti