Logo

Yevlaxda körpələr evi-uşaq bağçasına baxış keçirilib - FOTOLAR

16.09.2022 17:43 611 baxış
IMG

Yevlax şəhər 6 nömrəli körpələr evi-uşaq bağçasına baxış keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Azərbaycan Respublikasının Milli Məclis sədrinin I müavini Əli Hüseynli, Milli Məclisin deputatı İlham Məmmədov, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və körpələr evi-uşaq bağçasının kollektivi iştirak ediblər. 

Qeyd edək ki, 1983-cü ildə inşa olunmuş bağça qəzalı vəziyyətdə olduğundan əsaslı təmirə ehtiyacı var idi. Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən  bağçada əsaslı təmir işləri həyata keçirilib. Təmir işləri zamanı binanın dam örtüyü, döşəmə, tavan, qapı və pəncərələr dəyişdirilib, yeni elektrik xətti çəkilib, istilik sistemi qurulub. Uşaq bağçasının həyətində abadlıq işləri aparılıb, söhbətgahlar, oyun qurğuları quraşdırılıb, yaşıllıq salınıb.

İki mərtəbədən ibarət olan bağçada körpələr, orta, böyük və məktəbə hazırlıq qrupları üçün yataq otaqları, uşaqların asudə vaxtlarını keçirmələri üçün oyun otaqları, bufet, yemək otağı var.

Xəbər lenti