Logo

BDU-da magistraturanın vergi hüququ ixtisaslaşmasında on tələbə təhsil alacaq

15.09.2022 11:53 528 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Vergi Hüququ və İqtisadi Ekspertiza Mərkəzi yaradılıb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə BDU tərəfindən magistratura səviyyəsində yaradılması təklif olunmuş vergi hüququ ixtisaslaşması Nazirlər Kabinetinin 2022-ci il 2 iyun tarixli sərəncamı ilə 2022/2023-cü tədris ilindən etibarən “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na əlavə olunub. 2022/2023-cü tədris ilində ixtisaslaşmaya plan üzrə nəzərdə tutulmuş 10 yerə Azərbaycan və ingilis dili bölmələrinin hər biri üzrə 5 magistrant olmaqla ümumilikdə 10 magistrant qəbul olub.

Təhsil-elm-istehsalat əlaqələrinin genişləndirməklə əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığına nail olmaq, ixtisaslaşma üzrə tədrisin təşkilində BDU-nun professor-müəllim heyətinin və Dövlət Vergi Xidmətinin (DVX) mütəxəssislərinin birgə iştirakını təmin etmək, təhsil alan magistrantların dövlət vergi orqanlarında təcrübə keçmələrinə şərait yaratmaq məqsədilə BDU-nun nəzdində Vergi Hüququ və İqtisadi Ekspertiza Mərkəzi yaradılıb. Mərkəzdə, həmçinin vergi hüququ klinikası xidmətləri göstəriləcək, dövlət vergi orqanları, sahibkarlıq fəaliyyətinin subyektləri və sifariş verən digər subyektlərin müraciətləri əsasında iqtisadi sahədə işlər üzrə ekspertizaların aparılması həyata keçiriləcək.

Xəbər lenti