Logo

Emin Əmrullayev yeni tədris ilinin başlaması münasibətilə paylaşım edib

15.09.2022 11:44 568 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlaması münasibətilə paylaşım edib.

Tehsil.biz xəbər verir ki, o, bu barədə feysbuk hesabında yazıb.

"Əziz şagirdlər, tələbələr, müəllimlər və valideynlər!

Yeni tədris ilinin ilk günü hər birinizi işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndindən salamlayıram. Bilik Gününü Ağalı kənd tam orta məktəbində, yenidən həyat verilmiş torpaqlarda keçirmək dəyərli tarixi an kimi olduqca qürurvericidir. Torpaqlarımızın müstəqilliyi uğrunda canından keçmiş qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm.

Yeni tədris iliniz mübarək olsun!", - paylaşımda qeyd olunub.

Xəbər lenti