Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi sentyabrın 19-dək davam edəcək.
Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, müsahibə zamanı müəllimlər müvafiq komissiya tərəfindən proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndirilir.