Atası şəhid olmazdan 4 gün əvvəl dünyaya gələn, atasının adını daşıyan qəhrəman şəhidimiz Qabil Orucəliyevin oğlu Qabil bu gün 1-ci sinfə qədəm qoyur.
Tehsil.biz xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsində paylaşılıb.
Leytenant Qabil Orucəliyev 1991-ci il 15 sentyabr tarixində Naxçıvan şəhərində anadan olub. 2016-cı ilin aprelin 2-də Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuşdu. O zaman hər kəs onu "övladının üzünü görməyən zabit" kimi tanımışdı. Çünki Qabil şəhidliyə qovuşmazdan cəmi 4 gün əvvəl ilk övladı dünyaya gəlmişdi.
Şəhid leytenant Qabil Orucəliyev göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
