Logo

Gül-çiçək yox, şəhid şəkli tutdular... - FOTOLAR

15.09.2022 10:31 1606 baxış
IMG

Azərbaycanda 2022-2023-cü tədris ili başlaması ilə əlaqədar Bakı və Sumqayıtın bəzi məktəblərində ilk dərsə qədəm qoyan birincilər əllərində gül-çiçək əvəzinə şəhid olan qəhrəmanlarımızın fotolarını tutublar.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib. 

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusu tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən 50 hərbçimiz şəhid olması səbəbi ilə Elm və Təhsil Nazirliyi Azərbaycanın bütün ümumi təhsil müəssisələrində Bilik Günü ilə bağlı nəzərdə tutulan təntənəli tədbirləri ləğv edib.

Sözügedən fotoları təqdim edirik:

Xəbər lenti