Xəbər verdiyimiz kimi, Azərbaycan Tibb Universitetinin 3-cü kurs tələbəsi yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
Onun zahiri görünüşünü bəyənmədiyi üçün bu addımı atdığı bildirilir.
Tehsil.biz hadisə ilə bağlı Azərbaycan Tibb Universiteti ilə əlaqə saxlayıb. Universitetdən məlumatı saytımıza təsdiq ediblər. Ali məktəbin mətbuat xidmətindən baş vermiş hadisədən məlumatlı olduqlarını, lakin intihar səbəbi barədə heç bir informasiyanın olmadığını bildirdilər.