Logo

ADNSU-da birinci kurs tələbələri ilə görüşlər davam edir

14.09.2022 12:59 597 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin 1-ci kurs tələbələri ilə görüş olub.

Tehsil.biz xəbər verir ki, görüşdə fakültənin dekanı dosent Fərid Ağayev tələbə adı qazanan gəncləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. O, universitetdə tədris prosesi, dərs mühiti, imtahanların təşkili, təqaüdlər və s. barədə məlumat verib.

Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri Namiq Gəncəyev universitetdə fəaliyyət göstərən klub və dərnəklər haqqında məlumat verərək, tələbələri təhsil müəssisəsinin həyatında fəal olmağa çağırıb.

İnformasiya Texnologiyaları departamentin direktoru Mehriban Xıdırova LMS (Learning Management System) Öyrənmənin idarəolunması sistemi barədə təqdimatla çıxış edib, sistemə giriş və istifadə qaydalarından bəhs edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti