Logo

I sinif və məktəbəhazırlıq qruplarına qeydiyyat bu gün BAŞA ÇATIR

14.09.2022 09:25 325 baxış
IMG

Bu gün saat 18:00-da mektebeqebul.edu.az elektron sistemində 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu prosesi yekunlaşdırılacaq.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, elektron sistemdə qeydiyyat etməyən valideynlər göstərilən tarixədək övladlarının qeydiyyatını etməli və müvafiq ümumi təhsil müəssisəsinə sorğu yerləşdirməlidirlər.

Xəbər lenti