Logo

“WorldSkills Azerbaijan”ın üzvləri beynəlxalq kulinariya müsabiqəsində medallara layiq görülüblər

13.09.2022 19:48 356 baxış
IMG

“Qızıl Şah” Milli Kulinariya Çempionatının qalibi olan “WorldSkills Azerbaijan”ın üzvləri Sinqapurda keçirilmiş “FHA Culinary Challenge 2022” beynəlxalq kulinariya müsabiqəsində iştirak ediblər.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə verilən məlumata görə, “WorldSkills Azerbaijan”ın üzvləri Asiyanın bu ən nüfuzlu yarışmasında 1 qızıl, 2 gümüş və 2 bürünc medala layiq görülüblər.

Qeyd edək ki, qaliblərdən Rəşad Yusifov Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman işləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur.

Xəbər lenti