Logo

I sinif və məktəbəhazırlıq qruplarına qeydiyyat sabah yekunlaşır

13.09.2022 18:52 343 baxış
IMG

Sentyabr 14-də mektebeqebul.edu.az elektron sistemində 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu prosesi yekunlaşdırılacaq.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, elektron sistemdə qeydiyyat etməyən valideynlər göstərilən tarixədək övladlarının qeydiyyatını etməli və müvafiq ümumi təhsil müəssisəsinə sorğu yerləşdirməlidirlər.

Xəbər lenti