"Məktəbli formaları ilə bağlı konkret ajiotajın yaradılmasının səbəbkarlarından biri də məhz məktəblərdə olan valideyn komitələridir".
Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi bildirib.
O, bəzi valideynlərin komitə sədri olaraq az qala özlərini keçmiş Mərkəzi Komitə sədrləri kimi apardıqlarını qeyd edib:
"Sosial platformalarda qruplar qurur, həmin qruplara səs atıb səs-küy yaradırlar. Məhz bu səs-küydən sonra digər valideynlər də düşünür ki, hamı alsa, təkcə bu almasa, övladı bullinqə məruz qalacaq, qınanılacaq və ya haqqında yanlış fikir formalaşacaq ki, gör nə qədər kasıbdırlar ki, adi məktəbli forması da ala bilmirlər və s".
Elçin Əfəndi
Təhsil eksperti bildirib ki, məktəbli forması tələb deyil:
"Tələb deyil, könüllülük əsasındadır. Heç bir məktəb direktorunun və ya digər rəhbər işçilərin bunu tələb etməyə haqqı yoxdur".