Logo

"Biz istəyirik ki, müəllim savadlı və səriştəli olsun" - Etibar Əliyev

12.09.2022 10:13 884 baxış
IMG

"Elm və rəhsil naziri məlum elementar səhvləri edənlərin faizini göstərib. Bu o deməkdir ki, deyilən tənqidlər bütün müəllimlərə şamil edilmir".

"Tehsil.biz"in məlumatına görə, bu fikirləri millət vəkili Etibar Əliyev sosial hesabında qeyd edib.

Deputat bildirib ki, 21-ci əsrin təhsili təhlil olunanda belə təfərrüatlar qabardılmamalıdır:

"Təhsilə rəhbərlik edənlər təxmini də olsa, müəllimlərin orta səviyyəsini bilməlidir. Bu cür imtahanlar vasitəsilə bunu ölçmək çətindir. Gələcəkdə keçirilən imtahanlarda müəllimlərə esse yazmaq tapşırığı verilsə, nə baş verər? Biz istəyirik ki, müəllim savadlı və səriştəli olsun. Şagirdinin potensialını aça bilsin. Məktəb sistemi inkişaf edən ölkələrin müəllimləri bu peşəni bacarmadığını hiss edən kimi bu yoldan özləri çəkilirlər, çünki məsuliyyəti hiss edirlər".

Xəbər lenti