Logo

İnzibati vəzifələrin A növü üzrə dövlət qulluğuna qəbul üçün imtahan keçirilib

11.09.2022 16:11 321 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 11 sentyabr 2022-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

DİM-dən "Tehsil.biz"ə verilən məlumata görə, imtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

Xəbər lenti