Logo

Mingəçevir Dövlət Universiteti “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakatonunda təmsil olunur

11.09.2022 15:49 308 baxış
IMG

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində keçirilən “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakaton yarışında Mingəçevir Dövlət Universitetinin (MDU) “Land of MDU” komandası da iştirak edir.

Tehsil.biz xəbər verir ki, regionu təmsil edən MDU komandası yarışa “Ətraf mühitin tullantılardan təmizlənməsinə töhfə verəcək ağıllı həll təqdim etmək” ideyasına əsaslanan layihə ilə qoşulub.

Qeyd edək ki, sürətlə müasirləşən MDU-da tələbələrin startap fəaliyyətinə fəal cəlb olunması və onların innovativ ideyalarının layihələndirilməsi diqqət mərkəzində saxlanılır.

Xəbər lenti