Logo

Azərbaycan kolleclərində nə qədər əcnəbi tələbə təhsil alır?

11.09.2022 10:19 600 baxış
IMG

Azərbaycanın orta ixtisas təhsili müəssisələrində (kolleclərdə) 130 əcnəbi təhsil alır.

Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbilərlə iş sektorunun müdiri Müjdat Həsənov deyib.

Onun sözlərinə görə, 2021-2022-ci tədris ilində ali təhsil alan əcnəbilərin sayı isə 7400-ə yaxın olub:

"Əcnəbi tələbələrin əksəriyyətini Türkiyə, İran, Gürcüstan, Rusiya və İraqdan gələnlər təşkil edib. Əcnəbi tələbələrin ən çox təhsil aldıqları müəssisələr isə Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlıt Universiteti və Azərbaycan Dövlət İncəsənət Universitetidir".

Xəbər lenti