Logo

Sentyabrın 12-də müddətli müqavilə ilə MİQ üzrə müsabiqənin vakansiya seçimi başa çatacaq

10.09.2022 20:10 676 baxış
IMG

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi sentyabrın 12-si saat 11:00-da başa çatacaq.

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər.

Xatırladaq ki, bu gün saat 11:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimlərinə start verilib.

Xəbər lenti