Logo

Sertifikatlaşdırmanın test imtahanı mərhələsi barədə məlumat

10.09.2022 16:12 478 baxış
IMG

Sentyabrın 13-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin keçirilməsi nəzərdə tutulur. İmtahan Bakı və Gəncə şəhərlərində təşkil olunacaq.

Tehsil.biz xəbər verir ki, mövcud qaydalara əsasən ilk dəfə işə qəbul olunan təhsilverənlər 5 il müddətində sertifkatlaşdırmadan azaddırlar. Elm və Təhsil Nazirliyinə əvvəlki illərdə ümumi təhsil müəssisələrinə işə qəbul olunub, 5 ildən çox pedaqoji stajı olan, son 5 il ərzində işə qəbul imtahanı vasitəsilə iş yerini dəyişən müəllimlərin çoxsaylı müraciətləri nəzərə alınaraq sözügedən kateqoriyadan olan təhsilverənlərin məlumatları təhlil edilib. 

Təhlillər nəticəsində 258 nəfər təhsilverən müəyyənləşdirilib və həmin şəxslərin səhifələrinə imtahan barədə məlumat göndərilib.

 

Xəbər lenti