Logo

Ümumi orta təhsil bazasında kolleclərin boş qalan yerləri üzrə ixtisas seçimi sabah yekunlaşır

10.09.2022 13:00 341 baxış
IMG

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) boş qalan yerləri üzrə ixtisas seçimi aparılır.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə verilən məlumata görə, ixtisas seçimi sentyabrın 11-i saat 23:59-da başa çatacaq. Bu gün saat 11:35-ə olan məlumata görə, 2639 (Azərbaycan bölməsi - 2850, rus bölməsi - 59) nəfər ixtisas seçimi edib. Kolleclərin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. Xoreoqrafiya sənəti (sahələr üzrə) ixtisasının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

Xəbər lenti