Logo

Türk Standartları İnstitutunun sədri Azərbaycanda rəsmi səfərdə olub - FOTO

10.09.2022 12:12 451 baxış
IMG

Türk Standartları İnstitutunun (TSE) sədri Mahmut Sami Şahinin başçılıq etdiyi nümayəndə heyəti cari ilin 4-7 sentyabr tarixləri arasında Azərbaycanda rəsmi səfərdə olmuşdur.

Tehsil.biz xəbər verir ki, səfər müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Dövlət Neft Şirkətinin rəhbərliyi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Dövlət Neft və Sənaye Universiteti və Texniki Universitetin rektorları, Türkiyənin Azərbaycandakı Səfirliyi və “Intersert Uyğunluk Değerlendirme Hizmetleri” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (İNTERSERT) rəhbərliyi ilə görüşlər keçirilmişdir.

Səfər çərçivəsində Azərbaycanın uyğunluğun qiymətləndirilməsi sahəsində ixtisaslaşan “Intersert” şirkətinin direktoru Teymuraz Əsgərov ilə görüş keçirilmiş, şirkətin fəaliyyəti ilə bağlı bir sıra məsələlər haqqında fikir mübadiləsi aparılmış, qarşıda duran perspektivlər, maraq doğuran məsələlər ətrafında müzakirələr aparılmışdır. Görüşün sonunda “Intersert”in direktoru Teymuraz Əsgərov bildirmişdir ki, şirkət tərəfindən göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində işlər davam etdiriləcəkdir.

“Intersert” şirkəti Azərbaycanda ilk dəfə olaraq 30 iyun 2022-ci il tarixində Türkiyənin Halal Akkreditasiya Agentliyi (HAK) tərəfindən akkreditasiya olunmuş səlahiyyətli orqan qismində qeydiyyatdan keçib. Rəsmi səfər zamanı HAK akkreditasiyalı birinci halal sertifikat “AZMEAT Production” MMC-nin rəhbəri Teyyub Mirzəyevə TSE-nin sədri Mahmut Sami Şahin tərəfindən təqdim edilmişdir.

Məlumat üçün bildiririk ki, “Intersert Uyğunluk Değerlendirme Hizmetleri” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi 9 oktyabr 2019-cu ildə Türkiyənin Standartlaşdırma İnstitutunun (TSE) təşəbbüsü ilə Türkiyənin ICAS, Azərbaycanın AZESERT və Moldovanın ITT şirkətləri tərəfindən yaradılmışdır. Şirkətin əsas fəaliyyət istiqamətləri məhsulların, işlərin, xidmətlərin və idarəetmə sistemlərinin sertifikatlaşdırılması və inspeksiya sahəsində xidmətlərdir.

Xəbər lenti