Logo

Gəncədə “Uşaqların məktəbə hazırlığına dəstək ol!” adlı xeyriyyə tədbiri keçirilib - FOTOLAR

09.09.2022 17:58 291 baxış
IMG

Gəncə Şəhər İcra Hakimiyyətinin, Rusiya Səfirliyinin Mədəniyyət və İnformasiya Mərkəzinin, Azərbaycan Rus İcmasının, “Rossotrudniçestvo”nun Azərbaycandakı Nümayəndəliyinin, Bakıdakı Rus Evinin, “VTB” Bankın təşkilatçılığı, Gəncə Regional Mədəniyyət İdarəsinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin dəstəyi ilə Gəncə şəhərində “Uşaqların məktəbə hazırlığına dəstək ol!” aksiyası çərçivəsində tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər.

Çıxış edən rəsmilər aksiya təşkilatçılarına öz dərin təşəkürlərini bildirib və ilk dəfə məktəbə qədəm qoyan şagirdlərin hər birinə yeni tədris ilində uğurlar arzulayıblar.

Daha sonra birinci sinif şagirdlərinə təşkilatçılar tərəfindən məktəb ləvazimatları hədiyyə olunub.

Qeyd edək ki, aksiyası cari ilin 13 sentyabr tarixinədək ölkənin digər bölgələrində davam edəcəkdir.

Xəbər lenti