Logo

8 yaşlı məktəbli Şəhid generalla bağlı videoçarx hazırlayıb - Fotolar|VİDEO

04.02.2021 19:38 571 baxış
IMG

Baki şəhəri, Xətai rayonu, 55 saylı tam orta məktəbin 3- cü sinfində təhsil alan 8 yaşlı Zəminə Ağacanlı vətənpərvərliyi ilə seçilir. O, Azərbaycan Ordusunun general – mayoru, Milli Qəhrəman Polad Həşimova aid video layihə hazırlayıb. Eyni zamanda Polad Həşimovun anası Səmayə Həşimovanın evinə gedərək, qəhrəmanımızın anası ilə görüşüb. Onun əllərindən öpərək, başsağlığı verib.

 

Səmayə anaya deyib ki, biz uşaqlar heç vaxt general mayor Polad Həşimovu və canını Vətən üçün sipər edən şəhidlərimizi yaddan çıxarmayacağıq. Səmayə ana Zəminəyə öz urək sözlərini söyləyib, ona həyatda və dərslərində ugurlar diləyib.

 

Qeyd edək ki, Zəminə Ağacanlı bundan əvvəl də Vətən uğrunda canını fəda edən şəhidlərimizlə bağlı videoçarxlar hazırlayıb.

 

Zəminə 2-ci Qarabağ döyüşləri başlanan gündən Gəncə və Tərtərə atılan raket zamanı dağıntılar altında rəhmətə gedən gunahsız körpə uşagları ziyarət edərək, videoçarx hazırlayıb.

 

Biz də balaca Zəminəyə həmişə belə vətənpərvər ruhda yaşamagı və bundan sonra da işğaldan azad olunmuş torpaqlarımızda öz kiçik layihələrinə davam etməyi arzu edirik.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

https://youtu.be/IYXhgJT3Rrc

Xəbər lenti