Logo

2 saylı Gəncə regional "ASAN xidmət" Mərkəzində təhsil xidmətləri

09.09.2022 15:13 412 baxış
IMG

2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzində təhsil xidmətləri təqdim olunmağa başlanılıb.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, təhsil xidmətləri ilə bağlı elektron qeydiyyat prosesində hər hansı çətinlik çəkən və ya məlumatsız vətəndaşlar bundan sonra Bakı şəhərində fəaliyyət göstərən 5 və 7 saylı “ASAN xidmət” mərkəzləri, 2 saylı Sumqayıt və 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzlərinə yaxınlaşaraq konsultativ dəstək ala bilərlər.

Mərkəzlər vasitəsilə təhsil sahəsində vətəndaş müraciətləri üzrə cari təhsil alanlar üçün elektron arayışlar, şagirdlərin elektron yerdəyişməsi, təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi, təhsil tələbə kreditinə elektron müraciət, ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu, ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu, məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat, uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyatı, ali təhsil pilləsinin bakalavr səviyyəsi üzrə elektron sənəd qəbulu xidmətlərindən yararlanmaq mümkündür.

Sözügedən təhsil xidmətlərinin hər biri Elm və Təhsil Nazirliyi tərəfindən elektron qaydada da həyata keçirilir.

Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı nəticəsində  prosesin tədricən paytaxt və regionlarda fəaliyyət göstərən digər mərkəzlərdə də həyata keçirilməsi planlaşdırılır.

Xidmətlər haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:

https://asan.gov.az/az/category/asan-xidmetler/funksional-yardimci-xidmetler/elm-ve-tehsil-nazirliyi-terefinden-goesterilen-xidmetler

Xəbər lenti