Logo

İnzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat bu gün yekunlaşır

09.09.2022 13:31 436 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə sentyabrın 11-də keçiriləcək test imtahanına qeydiyyat bu gün başa çatır.

DİM-dən bildirilib ki, imtahana qeydiyyat sentyabrın 9-u saat 14:00-dək davam edəcək. İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdulvahab Salamzadə küçəsi, 28 ünvanında kompüter vasitəsilə keçiriləcək. Bu gün saat 10:55-ə olan məlumata görə, 65 (AB - 18, AC - 47) nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, imtahan vermək istəyən namizədin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İ

mtahanlarda iştirak üçün ödəniş tarifləri DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat DİM-in saytında) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahan vermək üçün DİM-in internet portalında dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Xəbər lenti