Logo

Sinif otaqlarını müəllimlərə təmir etdirən 22 nömrəli məktəb – İDDİA

04.02.2021 16:03 1989 baxış
IMG

“Salam, şikayətim Firuz Bayramov adına 22 nömrəli tam orta məktəblə bağlıdır. Məktəbin təsərrüfat müdiri Novruz İsmayılov demək olar, məktəbi talan eləyib. Eşitdiyimə görə məktəbə verilən komputerləri direktorla əlbir satırmış, məktəbə verilən inventarları da mənimsəyib, demək olar ki, məktəbi yaman günə qoyub. İstəyərdim həmin adamın işi dəqiq araşdırılsın”.

 

Bu sözləri Tehsil.biz-ə 22 nömrəli məktəb haqqında olan şikayətindən danışan, adının açıqlanmasını istəməyən bir müəllim bildirib.

 

“Öz adımı hələki vermək istəmirəm, pandemiya bitər və qəbul başlayar, nazirliyə gedib hər şeyi danışacağam, həmin zamana qədər məndən şübhələnməsinlər”.

 

Həmin müəllimin dediklərindən...

 

“22 nömrəli məktəbdə hər il sinif otaqları müəllimlər tərəfindən təmir olunur. Hətta bir çox siniflərdə müəllim stulu, şkaf belə yoxdur. Məktəbin qapıları deşik-deşikdir. Bu da sözügedən məktəbin təsərrüfat müdirinin məsuliyyətsizliyindən irəli gəlir. Təsadüfən bir gün direktorun Novruz müəllimlə birlikdə “HP” markalı komputeri satmaq istədiyinin şahidi oldum. Özlüyümdə belə bir sual yarandı: "Görəsən, haradandır?” Hansı ki, 22 nömrəli məktəbdə iki-üç müəllimdən başqa dövlət hesabına heç kimə komputer verilməyib. Dəfələrlə məktəbdə müəllimlərin pul ilə kağız çap etdirdiyinin şahidi olmuşam”.

 

Məktəbin idarə olunması üçün müəllimlərdən hər ay pul yığılırdı...

 

“Direktor Azər Ələkbərov ilə təsərrüfat müdiri Novruz İsmayılov müəllimlərdən aylıq məktəbin idarə olunması üçün pul da yığırdı. Dəfələrlə lövhə, şkaf, stol ilə bağlı Novruz müəllimdən xahiş etdiyimdə -"dövlət vermir, yoxdur, yazıb göndərmişəm" –deyə cavablar alırdım, hərdən də kobud sözlər deyib, əli ilə “get” işarəsini verib üzünü döndərib gedərdi”.

 

Əgər dövlət 22 nömrəli məktəbə komputer və digər avadanlıqlar veribsə, həmin avadanlıqlar hardadır..?

 

“Məni düşündürən bəzi suallar var... Doğrudanmı, dövlət 22 nömrəli məktəbə “HP” komputerləri və digər inventarlar verməyib?! Bəs veribsə, onlar hardadır?! Adı çəkilən iki nəfərin işinin araşdırılmasını xahiş edirəm”.

 

Qeyd: Qarşı tərəflərin də fikirlərini yayımlamağa hazırıq!

Xəbər lenti