Logo

Bu müəllimlər yaxın günlərdə sertifikatlaşdırmaya cəlb ediləcək

09.09.2022 11:57 1774 baxış
IMG

“MİQ imtahanlarından keçmiş və 5 il təcrübəsi olan müəllimləri yaxın günlərdə sertifikatlaşdırmaya cəlb edəcəyik”.

"Tehsil.biz"in məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, həmin müəllimlər işlədikləri rayonlarda imtahan verəcək:

"İtahandan uğurla keçənlər maaşlarına əlavələr alacaq. Bu, təxminən 300-dən artıq şəxs deməkdir. Əminəm ki, həmin müəllimlərin 50 faizdən çoxu 51 baldan yüksək olacaq. Ümumilikdə sertifikatlaşmadan keçən müəllimlərin sayı artacaq”.

Xəbər lenti