Logo

"Pandemiya ilə bağlı vəziyyət məktəbli forması məsələsini arxa plana keçirdi" - EKSPERT

08.09.2022 16:52 692 baxış
IMG

"Hər yeni dərs ilinin başlanması ərəfəsində məktəbli forması ilə bağlı məsələ ortalığa atılır, valideynlərin hansı formanı alıb-almayacağı, qiymətlərin əlçatan olub-olmaması, tikiş fabriki rəsmilərinin müxtəlif səpkili açıqlaması gündəm olur. Əslində 2020-ci tədris ilindən ölkə məktəblərində vahid məktəbli forması tətbiq olunmalı idi. Yeni eskizlər belə hazırlanmış və ictimailəşdirilmişdi. Bununla bağlı Elm və Təhsil Nazirliyinin müvafiq əmri də var idi. Nazirlik 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə irəli sürərək, layihəni ictimai müzakirəyə belə çıxarmışdı. Həmin ərəfələrdə birgə müzakirələrdə məktəbli forması tikməkdə maraqlı olan bütün tərəflər dinlənilmiş, müxtəlif fikirlər irəli sürülmüşdü. Bu məsələdə maraqlı olan tərəflər 1 ay müddətində məktəbli formalarının hazırlanması üzrə təkliflər paketini təqdim etmələri qərara alınmışdı".

Tehsil.biz xəbər verir ki, bunları təhsil eksperti Nadir İsrafilov bildirib.

Onun sözlərinə görə, pandemiya ilə bağlı vəziyyət məktəbli forması məsələsini bir az da arxa plana keçirmiş oldu:

"Kiçik bir xatırlatmaq yerinə düşər ki, vahid məktəbli forması sovet dönəmində də olub, müstəqillik əldə etdiyimiz dövrdə də. Belə bir məktəbli formasının bütün məktəblərdə tətbiq oluna biləcəyi barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsində müzakirə olunan “Ümumi təhsil haqqında” qanun layihəsində də, Ümumtəhsil məktəbinin nümunəvi Nizamnaməsində də öz əksini tapmışdı. İndi, məsələyə yeni yanaşma və yeni eskizlər təqdimatilə yenidən baxılması zərurəti ortaya çıxıb. Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq etməsi ilə bağlı qərarı sözügedən məsələnin hökumət səviyyəsində diqqət mərkəzində olub, hazırda istifadədə olan geyim formalarının 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə biləcəyi ilə bağlı hazırlıq işlərinə müəyyən möhlət verilməsi qərara alınıb. Təhsilalanların geyim forması ilə valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən təmin edilməsi, bu Sənədin tələblərinə təhsilalanlar tərəfindən riayət edilməsinə məktəbin rəhbərliyinin nəzarət etməsi başadüşülən, geyim formasının qış və yay formalarından ibarət olması isə bəyənilən və təqdirolunandır”.

Xəbər lenti