Logo

MİQ üzrə ən çox vakant yerlər hansı fəndən olub? - AÇIQLAMA

08.09.2022 14:58 817 baxış
IMG

"Hər il təxminən 10 minə yaxın namizəd müəllimlərin işə qəbulu üzrə imtahanlara qatılmaq üçün müraciət edir".

Tehsil.biz xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ancaq onların heç də hamısı test mərhələsində iştirak etmir.

Mərkəz direktoru həmçinin bildirib ki, ən çox vakant yer musiqi fənni üzrə olub:

"Bu say 1 857 nəfərdir. Rayonlar üzrə vakant yer bölgüsünə gəlincə, 1 679 yer Lənkəran-Astara Regional Təhsil İdarəsində, ikinci yer Bakı Şəhəri üzrə Təhsil İdarəsində 1 117 vakant yer, ən az yerlər isə nazirliyin tabeliyində olan müəssisələrdən 63 və internatda 62 olaraq müəyyən edilib".

Xəbər lenti