Logo

"Bağçada adı siyahıda olan, amma özləri bağçaya getməyən uşaqlar var" - Nazirlik

08.09.2022 12:40 480 baxış
IMG

"Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsindən sonra 1700 məktəbəqədər təhsil müəssisəsindən 1500-də monitorinq keçirilib".

Tehsil.biz xəbər verir ki, bunu lm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı bildirin.

Onun sözlərinə görə, əslində təqdim olunan tədris məzmunu çoxunda oxşardır:

"Həll olunmalı bir neçə məsələ var idi. İlk məsələ uşaqların məlumatlarının vahid informasiya sisteminə toplanması idi. Çünki bəzən bağçaya gəlməyib adı sənəddə olan uşaq var idi. Məlumat bazası artıq formalaşdırılıb. İki ay müddətində uşaqların qeydiyyatı ilə bağlı çox şikayət olurdu. Artıq məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu iyulun 22-dən elektronlaşdırıldı. Bəzi çətinliklər hələ də var, çünki bu, yeni fəaliyyətdir".

Şöbə müdiri qeyd edib ki, Bakı, Abşeron və Sumqayıt üzrə bağçalara qeydiyyatla bağlı müəyyən problemlər var:

"Boş yerlərin sayı ilə qeydiyyata düşmək istəyənlərin sayında ciddi fərq var. Belə ki, Bakıdakı bağçalar üçün təxminən 6000-ə yaxın boş yer olsa da, 30 minə yaxın valideyn müraciət edir. Bəzən yer var, ancaq sistemdə görünmür. Bu kimi hallarla da rastlaşırıq. Bölgələr də var ki, boş yer təqdim olunsa da, ancaq qeydiyyatdan vəmi bir-iki nəfər keçib. Təqvim ilinin sonuna sıxlıq, yer ehtiyacı məsələsində inanırıq ki, yaxşı mənzərəyə nail olacağıq. Yeni bağça qruplarının açılması məsələsinə də baxılacaq".

Xəbər lenti