Logo

Bağçalarda uşaqların yerdəyişməsi ilə bağlı məsələ gündəmdə deyil

08.09.2022 12:05 474 baxış
IMG

"Bu gün məktəbəqədər təhsil müəssisələrində uşaqların yerdəyişməsi ilə bağlı məsələ hələ ki gündəmdə deyil".

Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əsas hədəf uşaqların məlumatlarının vahid informasiya bazasının formalaşdırılmasıdır:

"Bu iş yekunlaşdıqdan sonra yerdəyişmə prosesinin tətbiqi mümkün ola bilər".

Xəbər lenti