Logo

Bağça müdirlərinin işə qəbulu müsabiqəsi nə vaxt keçiriləcək? - RƏSMİ

08.09.2022 11:49 449 baxış
IMG

“Bağça müdirlərinin işə qəbulu müsabiqəsinin oktyabr ayında keçirilməsi planlaşdırılır”.

Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, müsabiqə test və müsahibə mərhələsindən ibarət olacaq:

"Bununla məktəbəqədər təhsil müəssisələrinə rəhbər şəxslərin qəbul olunmasında da şəffaflığa nail olmaq istəyirik. Son bir ildə görülən işlər onu deməyə əsas verir ki, məktəbəqədər təhsilin inkişafında mühüm irəliləyişə nail olacağıq".

"Növbəti mərhələdə bağçlarda müəllim və direktorların diaqnostikası da aparılacaq", - şöbə müdiri qeyd edib.

Xəbər lenti