Logo

BDU-da fəlsəfə doktoru proqramı üzrə ixtisas fənnindən qəbul imtahanı verəcək iddiaçıların nəzərinə

07.09.2022 16:52 378 baxış
IMG

2022-ci ildə fəlsəfə doktoru proqramı üzrə Bakı Dövlət Universitetinin (BDU) doktoranturasına qəbul olmaq üçün sənəd vermiş və fəlsəfə fənni üzrə keçirilən imtahanda məqbul qiymətləndirilmiş iddiaçılar üçün ixtisas fənnindən qəbul imtahanı sentyabrın 13-də saat 10:00-da BDU-nun 1 saylı binasında - 306, 308, 312, 313 və 315 saylı auditoriyalarda keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

İmtahan barədə daha ətraflı məlumatı Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin Magistratura və doktorantura şöbəsinin rəsmi veb-səhifəsindən əldə etmək olar:

İddiaçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirməlidirlər.

Xəbər lenti