Logo

"Bağçalarda kameralaşma sisteminin tətbiqi prioritet məsələdir" - Nazir

07.09.2022 14:34 394 baxış
IMG

“Uşaq bağçalarında kameralaşma sisteminin tətbiqi bizim üçün prioritet məsələdir".

"Tehsil.biz"in məlumatına görə, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bununla həm davranış, həm nəzarət, həm də davamiyyət məsələsinə diqqət etmək olar:

"Söhbət tək kameraların quraşdırılmasından getmir. Eyni zamanda bağçaların internetə çıxışı da təmin olunmalıdır ki, orada sistem qurmaq mümkün olsun. Hazırda çox az sayda bağçanın fiberoptik internetə çıxışı var. Qeyd edim ki, məktəblərin 80 %-ni gələn ilin sonuna qədər internetlə təmin edəcəyik. Ümumilikdə proses mərhələli şəkildə aparılacaq. Razıyam ki, bağçalarımızda kameraların quraşdırılması xoşagəlməz halların qarşısının alınmasında effektiv rol oynayır. Lakin hesab edirəm ki, bu, mərkəzləşdirilmiş qaydada olmamalıdır”.

Xəbər lenti