Logo

Emin Əmrullayev 13 yaşlı məktəbli qızın ana olmasına münasibət bildirib

07.09.2022 14:22 939 baxış
IMG

13 yaşlı məktəbli qızın uşaq dünyaya gətirməsi və bu dövrdə məktəbdən yayınması məsələsinə münasibət bildirilib.

"Tehsil.biz"in məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlama verib.

O bildirib ki, məsələ ilə bağlı istintaq orqanları tərəfindən araşdırma aparılır və istintaq başa çatdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

"Hazırda bu haqda nəsə deyə bilmərəm. Bu Elm və Təhsil Nazirliyinin səlahiyyətinə olan iş deyil. Əgər bizimlə bağlı məsələ olarsa, bu istiqamətdə ölçü götürəcəyik", - nazir qeyd edib.

Xəbər lenti