Logo

Kəlbəcərdə məktəb binası tikiləcək - SƏRƏNCAM

07.09.2022 14:15 284 baxış
IMG

Kəlbəcərdə məktəb binası tikiləcək.

Tehsil.biz xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300 min manat ayrılıb.

Xəbər lenti