Sertifikasiya imtahanlarında yaşı 25-29 arasında olan müəllimlər 100 faiz uğur qazanıb.
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, yaşı 60-dan yuxarı olan müəllimlərin 68 faizi uğur əldə edib:
“40-55 yaş arası olan müəllimlər bizi daha çox narahat edir. Çünki onlar hələ bir neçə il təhsil sistemində olacaqlar”.
Qeyd edək ki, 50 baldan yuxarı nəticə göstərənlərin əməkhaqqına 35, keçid balını toplayanlara isə 10 faiz əlavə olunacaq.